`Reina` terrorçusunun yazışmaları üzə çıxdı


21:19     21 Yanvar 2017 reina.jpg

İstanbulda Yeni il gecəsi “Reina” klubunda 39 nəfəri öldürən və 16 gündən sonra yaxalanan terrorçu Əbdülqadir Maşaripovun noutbukunda aşkar edilən yazışmalar mətbuata sızıb.


Femida.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, kompüterdəki rəqəmsal göstəricilər üzərində aparılan araşdırma zamanı hücumla bağlı önəmli detallar açıqlanıb.

Rakka əmiri ilə yazışmalardan məlum olur ki, Əbdülqadir Maşaripov İstanbulda Yeni il gecəsi ikinci dəfə terror aktı törədiləcəkmiş. Bunun üçün beş yer müəyyən edilib. Terrorçunun əsas hədəf avtobus dayanacağı olub.

Polis hazırda ikinici terror aktını törətmək istəyən şəxsin axtarışına başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1287